Academics
Rəqəmsal dünyada ingilis dilinin tədrisi
“Rəqəmsal dünyada ingilis dilinin tədrisi” beynəlxalq konfransi dünyanın müxtəlif ölkələrindən olan ingilis dili müəllimlərinin ingilis dili fənninin tədrisi bacarıqlarını daha da inkişaf etdirmələri üçün yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanan və təcrübəli Britaniya təlimçiləri tərəfindən keçirilən onlayn “Britaniya TESOL Sertifikatı Təlimləri”-nin canlı davamıdır.
Birləşmiş Krallığın yüksək səviyyəli universitetlərindən dəvət edilən professorların da qatıldığı beynəlxalq konfransda dünyanın 15-dən çox ölkəsindən olan ingilis dili müəllimlərinin bir araya gəlməsi fikir mübadiləsi və mədəniyyətlərarası dialoqdan əlavə, ingilis dili müəllimlərin şəbəkələşməsi şansının yaranması deməkdir.
Konfransın qeyri-rəsmi hissəsi isə London, Oksford və Stratford-on-Avon da daxil olmaqla, turistik yerlərə mütəşəkkil ekskursiyaların təşkilini nəzərdə tutur.
Viza sənədləşdirilməsi:
Viza sənədləri əvvəlcədən təqdim ediləcəkdir.
Dəvət məktubu tam ödəniş edildikdən sonra göndəriləcəkdir.
Ödənişin geri qaytarılması:
Viza təqdim edildikdən sonra ödəniş geri qaytarılmır.
Viza verilməsindən imtina edildikdə sənədləşdirilmə xərcləri üçün 103 AZN - £50 çıxılmaqla ödəniş 100% məbləğində geri qaytarılır.
Qrupların qarşılanması:
Heyət “Imperial English UK” tərəfindən qruplarla dəvət olunacaqdır.
Gəliş və gediş zamanı yerli hava limanlarında qarşılanma və yola salma həyata keçiriləcəkdir (yalnız qruplar üçün).
Yerləşdirmə / otel:
İştirakçilar otellərdə bir neçə nəfərlik otaqlarda yerləşdiriləcəkdir.
Yerləşdirməyə rəngarəng ingilis mətbəxini əhatə edən səhər yeməyi və qəlyanaltı daxildir. Şam yeməyi istisnadır. Mərkəzdə yerləşdiyi üçün oteldə və yaxınlıqdakı restoranlarda şam yeməyi olraq İtalyan, Meksika, Çin, Hindistan mətbəxi ilə yaxından tanışlıq mümkündür.
Səfər proqramı:
Proqram seminarlar və sinifdə əyani tədris vasitəsilə həyata keçiriləcəkdir.
Proqram bu sahədə çoxillik təcrübəyə malik olan ingilis dili müəllimləri tərəfindən tədris ediləcəkdir. Seanslar düşündürücü, interaktiv və əyləncəli olmaq üçün nəzərdə tutulmuşdur.
Sertifikasiya və mükafatlandırma:
Müdavimlərə beynəlxalq sertifikat təqdim ediləcəkdir.
Sertifikatların təqdim edilmə mərasimi, şam yeməyi və bağlanış mərasimi ilə müşayiət ediləcəkdir.
Şəhərdaxili gəzinti turu:
Yerli nəqliyyat xərcləri (turizm mərkəzləri və şəhərlər) proqram tərəfindən qarşılanacaqdır.
Daxili turun əlaqələndirilməsi və tur zamanı ehtiyac və tələblərinizə cavab vermək üçün bir tam ştatlı heyət üzvü qrupu müşayiət edəcəkdir. Gəldiyiniz andan etibarən ölkədə qaldığınız müddətdə dəstək və rifahınız üçün sizin 24 saatlıq Qaynar Xətt nömrəsi əlaqə saxlamağınız təmin ediləcəkdir.
Turizm sığortası:
Şəxsi təhlükəsizlik üçün səyahət sığortası alınması tövsiyə edilir.
Imperial English UK Böyük Britaniyada olduğunuz müddətdə dəymiş ziyan və ya zərərlərə görə məsuliyyət daşımayacaqdır.
Qrup rezervasiyası:
Daha ucuz sövdələşmələr üçün qrup rezervasiyası təşkil ediləcəkdir.
Ödəniş məbləği təyyarə biletini əhatə etmir.