News

News   /   Участники Мастер-класса – 6

Участники Мастер-класса – 6


3 месяца до Emil Abdurahmanov
Участники Мастер-класса – 6

31 iyul tarixində “Imperial English Azerbaijan” şirkəti tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “Təhsildə süni zəka (Aİ in Education)” adlı onlayn təlim təşkil edilmişdir.

Təlimi giriş sözü ilə açan "İmperial English UK" şirkətinin rəsmisi Rebecca Philpot süni intelektin təhsildə istifadəsinə, həm müəllimlər, həm də tələbələr üçün faydalı olmasına toxunaraq təhsil sistemini inkişaf etdirməsi, geniş təhsil imkanları yaratması, tədris və öyrənmə proseslərini daha interaktiv, səmərəli və fərdiləşdirilmiş hala gətirməsi baxımından süni intellektin böyük bir potensiala malik olduğunu vurğulamışdır.

Təlimin əsas aparıcısı Dr. Joys Lim öncə süni intellektin təhsildə yarada biləcəyi üstünlüklərdən və doğuracağı çatışmazlıqlardan praktik olaraq söhbət açaraq, “Chat Gpt”, “Quislet padlet” , “Magic School” adlı süni zəka alətlərindən istifadə zamanı müəllimlərin tələbələrinə göstərə biləcəyi mümkün kömək yolları haqqında məlumat vermiş, süni intelektin gələcək təhsildə mühüm rol oynamaqla yanaşı dərsin planlaşdırılması və tələbə biliyinin qiymətləndirməsində geniş tətbiq ediləcəyindən, dilin öyrənilməsində də geniş inklusiv mühit yaradacağından danışmışdır.

1. Aygün Əkbərova - Qarabağ Universiteti
2. Aygün Abdulzadə - Azərbaycan Dillər Universiteti
3. Aysel Səfərova - Azərbaycan Dillər Universiteti
4. Efe Can Şener - Bakı Dövlət Universiteti
5. Fidan Qocayeva - Bakı Dövlət Universiteti
6. Günay Təhməzova - Qarabağ Universiteti
7. Qənirə Allahverdiyeva - Bakı Dövlət Universiteti
8. Məryəm Əhmədova
9. Nərmin İsmayılova - A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya
10. Nərminə Quliyeva - Azərbaycan Dövlət Pedaqoji Universiteti
11. Nigar Məhərrəmova - Azərbaycan Dillər Universiteti
12. Nübar Səfərova - "Panda Kids" Tədris və nitq inkişaf mərkəzi
13. Pərvin Zeynalova - Qərbi Kaspi Universiteti
14. Rahib Sadullayev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
15. Rəhimə Qasımova - Xəzər Universiteti Dünya Məktəbi
16. Sevinc Hacıyeva - Azərbaycan Texniki Universiteti
17. Sevinc Əhmədova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
18. Sevinc Məmmədova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
19. Səadət Quluzadə - " Mission " Tədris mərkəzi
20. Yeganə Qurbanova - Azərbaycan Texniki Universiteti
21. Zümrüdd Mustafayeva - Masallı Rayonu Ərəb kənd M.Hacıyev adına ümumi orta məktəb

Xatırladaq ki, “Imperial English Azerbaijan” Böyük Britaniyada “British Council” və “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
Участники Мастер-класса – 6

3 месяца до by Emil Abdurahmanov

Мастер-класс – 6

3 месяца до by Emil Abdurahmanov

Участники Мастер-класса – 5

3 месяца до by Emil Abdurahmanov