News

News   /   Участники тренинга " TESOL " – 7

Участники тренинга " TESOL " – 7


1 год до Emil Abdurahmanov
Участники тренинга " TESOL " – 7

Avqustun 30-u “İmperial English Azerbaijan (İEAZ)” şirkəti tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”-nə yekun vurulmuşdur.

Nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video və poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad-müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin, onlayn seminarların yer aldığı 50 saatlıq ümumi təlim müddətinin ilk 40 saatını özünütəhsil, 10 saatını isə onlayn seminarlar təşkil etmişdir. Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salquero, Böyük Britaniyalı beynəlxalq təlimçi Dəni Mandi və Gürcüstan Kutaisi Beynəlxalq Universitetinin professoru İnqa Diakonidze tərəfindən keçirilmişdir

Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif edilmiş, 2023-cü ilin dekabr ayında Böyük Britaniyaya baş tutacaq səfərdə və sentyabr ayında elan ediləcək İngiltərənin “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” - İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsinin sertifikatl ilə təltif ediləcəkləri “TESOL LEVEL 5 – CELTA” təlimində iştirak etmək imkanını əldə etmişlər. Bir həftəlik səfər proqramı çərçivəsində TESOL təlimi, Bukingem Sarayı, London Eye, London Muzeyi, Kembric, Oksford kimi mərkəzlərə ekskursiyalar nəzərdə tutulur. 

1. Afaq Qənimət qızı Qaraşova - Bakı Slavyan Universiteti
2. Aysel Nazim qızı Abdurəhmanova -  Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-lisey
3. Aytən Allahverdi qızı Xudai - 262 nömrəli orta ümumtəhsil məktəbi
4. Fəridə Məhəmmədəli qızı Allahverdiyeva - Azərbaycan Dillər Universiteti
5. Gülnarə Bəhman qızı Məmmədova - Xəzər Universiteti
6. Gülşən Mövsüm qızı Əliyeva - R.M.Sadıqov adına 136 nömrəli orta ümumtəhsil məktəbi
7. Xalidə Yaşar qızı Zamanova - Azərbaycan Texniki Universiteti
8. Xuraman Bəhmən qızı Nağıyeva - Repetitor
9. İsmixan Yüksəl oğlu Rəhimov - Repetitor
10. Qənirə Məhəmmədəli qızı Allahverdiyeva - Azərbaycan Dillər Universiteti
11. Lalə Mahmud qızı Mərdanova - S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası
12. Mehriban Kirman qızı Muradova - Saray qəsəbəsi 2 nömrəli orta ümumtəhsil məktəbi
13. Mətanət Hüseynzadə qızı Salmanova - Azərbaycan Texniki Universiteti
14. Ramil Əli oğlu Abdullazadə - Repetitor
15. Reyhan Komuna qızı Səlimova - Yevlax rayon 7 nömrəli orta ümumtəhsil məktəbi
16. Səidə Məhiyəddin qızı Əhmədova - AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu
17. Şəfəq Ələfsər qızı Nəsibova - Mingəçevir Turizm Kolleci
18. Tünzalə Aydın qızı Pirimova - Xaçmaz rayonu Bəhram Əhmədov adına Sayad kənd orta ümumtəhsil məktəbi

Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
Участники Мастер-класса – 6

3 месяца до by Emil Abdurahmanov

Мастер-класс – 6

3 месяца до by Emil Abdurahmanov

Участники Мастер-класса – 5

3 месяца до by Emil Abdurahmanov