News

News   /   Мастер-класс – 11

Мастер-класс – 11


9 месяцев до Emil Abdurahmanov
Мастер-класс – 11

26 fevral tarixində  “Imperial English Azerbaijan” şirkəti tərəfindən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncamına istinad edilərək Böyük Britaniyanın müxtəlif universitetlərinin tanınmış dil mütəxəssisləri tərəfindən beynəlxalq standartlara uyğun olaraq hazırlanmış 18 moduldan ibarət pilot layihənin növbəti sessiyası təşkil edilmişdir.

Sessiya ingilis dili müəllimlərinin inklüziv dərs dizaynı və müasir tədris metodlarının tətbiqi sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə “Müxtəlif siniflər üçün effektiv və inklüziv tədris resursları hazırlamaq üçün süni intellektdən istifadə (Using AI to design effective, inclusive teaching resources for diverse classrooms)” mövzusunda Böyük Mançester Universitetinin təhsil və akademik məqsədlər üçün ingilis dili üzrə baş müəllimi Ketrin Kridlend tərəfindən xüsusi olaraq hazırlanmış və müəllimlər, tədqiqatçılar və eləcə də akademik fəaliyyətlə məşğul olan şəxslər üçün nəzərdə tutulmuşdur. Təlimin əsas məqsədi müəllimlərə müxtəlif öyrənmə ehtiyaclarına malik şagirdlərlə daha effektiv işləmək üçün praktik strategiyalar təqdim etmək olmuşdur.

1.  Ədilə Fərzəliyeva - Azərbaycan Memarlıq və İnşaat Universiteti
2.  Əfsanə Oruclu - Naxçıvan Dövlət Universiteti
3.  Arzu Rəcəbli - Bakı Slavyan Universiteti
4.  Aynur Təhməzova - Azərbaycan Dillər Universiteti
5.  Aynurə Rzayeva - "Onrepetitor" Tədris Mərkəzi
6.  Aysel Məmmədbəyli - Azərbaycan Dillər Universiteti
7.  Gülnarə Məmmədova - Xəzər Universiteti
8.  Günel Tahirli - "Progress Language Academy" Tədris Mərkəzi
9.  Hicran Babayeva - Bakı Avrasiya Universiteti
10. İlhamə İsgəndərova - Azərbaycan Dillər Universiteti
11. Lailə Qədimova - Azərbaycan Dillər Universiteti
12. Marina Kote  - "Star's Academy" Tədris Mərkəzi
13. Nigar İsmayılova - Kimya-Biologiya Təmayüllü Respublika Liseyi
14. Nuranə Bədiyeva - Azərbaycan Dillər Universiteti
15. Rəna Şixiyeva - "Landau School" Özəl Məktəbi
16. Sevinc Məmmədova  - Azərbaycan Dövlət Pedaqoji Universiteti
17. Şəbnəm Abdullayeva - İdrak Liseyi
18. Sura Pənahlı - Azərbaycan Tibb Universiteti
19. Turanə Orucova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
20. Zülfiyyə Muradova - Kimya-Biologiya Təmayüllü Respublika Liseyi

Təlim çərçivəsində iştirakçılar modelləşdirmə, sualvermə strategiyaları, “scaffoldinq”, formativ qiymətləndirmə və “dual coding” kimi müasir pedaqoji yanaşmalar haqqında məlumat əldə etmişlər ki, bu metodlar da müəllimlərə siniflərdə fərqli diqqət xüsusiyyətinə, öyrənmə tərzinə və dil səviyyəsinə malik şagirdlər üçün öyrənmə prosesini daha da əlçatan və effektiv şəkildə təşkil etməyə kömək edir.

Sessiya zamanı inklüziv dərs dizaynının əhəmiyyəti xüsusi vurğulanmış və müəllimlərə müxtəlif ehtiyacları olan şagirdlər üçün dərs fəaliyyətlərini uyğunlaşdırmaq yolları təqdim edilmişdir. Təlim həmçinin müəllimlərə dərslərdə vizual dəstəklərdən, strukturlaşdırılmış addımlardan və interaktiv fəaliyyətlərdən istifadə etməyin əhəmiyyətini göstərmişdir.

Qarşılıqlı müzakirələr və akademik diskussiyalar əsasında keçirilən masterklass iştirakçıların tənqidi düşünmə, analitik yanaşma və reflektiv pedaqoji bacarıqlarının inkişafına mühüm töhfə vermişdir. Təlim süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyasına dair nəzəri biliklərlə praktik tətbiqlər arasında əlaqənin gücləndirilməsinə xidmət etmişdir. Bu cür peşəkar inkişaf tədbirləri müəllimlərin pedaqoji bacarıqlarını inkişaf etdirməklə yanaşı, şagirdlərin daha effektiv və motivasiyalı şəkildə öyrənməsinə töhfə verir.

Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Təlimi Peşəkar Bitirmə Beynəlxalq Sertifikatı” ilə təltif edilmiş, növbəti sessiyalarda və 2026-cı ildə Böyük Britaniyaya baş tutacaq intensiv və fərdi təlim səfərində iştirak etmək imkanı əldə etmişlər.

Xatırladaq ki, “Imperial English Azerbaijan” Böyük Britaniyada “British Council” və “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
Встреча с СГУ

3 месяца до by Emil Abdurahmanov

Мастер-класс – 12-16

9 месяцев до by Emil Abdurahmanov

Обучение " TESOL " – 12

9 месяцев до by Emil Abdurahmanov