News
Встреча с СГУ
31 avqust tarixində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi haqqında müvafiq Sərəncamı”-na əsasən süni intellektin müxtəlif sahələrdə tətbiqi, süni intellekt ekosisteminin formalaşdırılması, inkişaf etdirilməsi və gücləndirilməsi, həmçinin akademik və elmi tədqiqatların aparılması, pilot layihələrin icrası, startap və innovasiya mühitlərinin dəstəklənməsi məqsədilə dövlət və özəl sektor arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərinin yaradılması, inkişaf etdirilməsi və dəstəklənməsinə işinə töhfə olaraq Sumqayıt Dövlət Universiteti ilə “Imperial English United Kingdom” şirkəti arasında görüş keçirilmişdir.
Görüşü salamlama nitqi ilə açan “Imperial English United Kingdom” şirkətinin Tədris Departamentinin direktoru cənab Rafael Salguero son zamanlar dünya miqyasında süni intellekt sistemlərinin təhsildə tətbiqinin geniş vüsət aldığı bir dönəmdə belə bir görüşün keçirilməsinin əhəmiyyətindən danışaraq Sumqayıt Dövlət Universiteti rəhbərliyinə öz dərin təşəkkürünü bildirmişdir.
Öz növbəsində Sumqayıt Dövlət Universitetinin QS, dünya Universitetləri Reytinqi, UI GreenMetric, Times Higher Education və digər beynəlxalq reytinq sistemlərində mövqeyinə toxunan rektor professor Nurəli Yusifbəyli cənabları Universitetdə qısa zaman müddətində müxtəlif istiqamətlərdə ələxsus da tədris istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir.
Görüş proqramı əsasında ilk olaraq yay mövsümü və tətili nəzərə alınaraq ali təhsil müəssisəsinin əməkdaşları, tədqiqatçılar, müəllim və tələbələr üçün keçirilməsi nəzərdə tutulan 10 saatlıq rəqəmsal “AI-Powered Research & Academic Writing Training Programme - Süni intellekt əsaslı tədqiqat və akademik yazı təlimi proqramı” proqram haqqında geniş məlumatlar verilmişdir, müzakirələr aparılmış “Imperial English United Kingdom” şirkətinin direktoru cənab Govind Desai tərəfindən Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Xanım Eminovanın sualları cavablandırılmışdır.
Daha sonra Azərbaycanda ilk dəfə olaraq Sumqayıt Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilməsi təklif edilən Süni İntellekt əsaslı “Digital English Placement Test - Rəqəmsal ingilis dilini qiymətləndirmə Testi” layihəsi müzakirə edilmiş, “Imperial English United Kingdom” şirkətinin akademik komandasının əməkdaşı Rebecca Philpott tərəfindən tətbiqi proqramlar visual olaraq nümayiş etdirilmiş, cənab rektor tərəfindən layihənin texniki imkanları barədə ünvanlanan suallar cavablandırılmışdır.
Layihənin davamı və ikinci mərhələsi olaraq Böyük Britaniyanın “Greater Manchester” Universiteti tərəfindən pilot layihə olaraq sınanmış və böyük uğur qazanmış qabaqcıl süni intellekt texnologiyası ilə təchiz olunmuş tamamilə rəqəmsal “University English (IELTS) Test – Universitetdaxili ingilis dili (IELTS) Testi” barədə məlumat verən Mərkəzi ofisin direktoru Cənab Desai layihənin üstünlüyünə və əsasən də ənənəvi sistemlərdən fərqli olaraq xərc və məhdudiyyətlərindən az olmasına diqqət çəkmişdir.
Sumqayit Dövlət Universitetinin Süni İntellekt ekosisteminin qurulması məsələlərinə toxunan Britaniyalı mütəxəssislər Süni İntellekt ekosisteminin əsasında rəqəmsallaşdırmanın dayandığını bildirərək bu baxımdan “Imperial English United Kingdom” şirkəti tərəfindən təklif edilən CEFR (Ümumi Avropa Dillər Çərçivəsi), IELTS və ESOL beynəlxalq səviyyələri üzrə 100% rəqəmsal interaktiv ingilis dili kurslarının (Digital English Language Courses) Universitetin müəllim və tələbə heyətinin xarici dil tədrisinə mühüm töhvələr verə biləcəyini vurğulamışlar. Öz növbəsində akademik komandanın əməkdaşı Rebecca Philpott tətbiqi proqramları praktik nümayiş etdirərək universitet rəsmilərinin bu mövzuda olan suallarını cavablandırmışdır.
Xarici dillər kafedrasının müdiri Jalə Xanım Məmmədovanın Süni İntellekt ekosisteminin qurulması, təşkili və sistem idarəetməsinə dəstək məqsədiylə Universitetin əməkdaşları və müəllimləri üçün Birləşmiş Krallıqda aparıcı universitetlərin mütəxəssisləri tərəfindən müvafiq təlimlərin keçirilməsi ilə bağlı sualını cavablayan Cənab Govind Desai Mərkəzi Ofisin ingilis dili müəllimlərinin tədris bacarıqlarının daha da inkişaf etdirilməsi üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından istənilən mövzuda təlimlərin və səfərlərin təşkilinin mümkün olduğunu bildirmişdir.
Xarici dil müəllimlərinin davamlı peşəkar inkişafına yönəlik proqram və layihələrə, həmçinin təlimlərə toxunan Tədris Departamentinin direktoru Cənab Rafael Salguero “British TESOL - Foundation / Professional / 120 hours” və “TESOL Level 5 (CELTA Equivalent)” təlimləri haqqında geniş məlumat vermişdir. Sonda Sumqayıt Dövlət Universitetinin rektoru Cənab Nurəli Yusifbəyli keçirilən görüşdən məmnunluq hissi duyduğunu dilə gətirərək, Britaniyalı mütəxəssislərə öz dərin təşəkkürünü bildirmiş və qarşılıqlı əməkdaşlığın bundan sonra da davam edəcəyini diqqətə çatdırmışdır.
Xatırladaq ki, “Imperial English Azerbaijan” şirkəti Böyük Britaniya Hökumətinin Şirkətlər Reyestri (UK Government Register of Companies) və Böyük Britaniya Hökumətinin Təlim Təminatçıları Reyestrində (UK Government Register of Learning Providers) qeydiyyata alınmış, Britaniya Şurası (British Council) tərəfindən akkreditə olunmuş, Böyük Britaniya Hökumətinin Kvalifikasiyaların və İmtahanların Tənzimlənməsi Ofisi (OFQUAL - Office of Qualifications and Examinations Regulation) tərəfindən mərkəz kimi təsdiq edilmiş, Birləşmiş Krallığın Akkreditə olunmuş ingilis dili Tədrisi Mərkəzlərinin Milli Üzvlük Assosiasiyasının (English UK - UK's national membership association of accredited English language teaching (ELT) centres), Avropada Dil Testçiləri Assosiasiyasının (ALTE - Association of Language Testers in Europe) və Xarici Dil kimi ingilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyasının (IATEFL - International Association of Teachers of English as a Foreign Language) fəxri üzvü olan “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir və və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet, dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri–dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.
Comments
Send a Comment
Search
Recent News
3 месяца до by Emil Abdurahmanov
9 месяцев до by Emil Abdurahmanov
9 месяцев до by Emil Abdurahmanov