News
Обучение " TESOL UK " – 7
18-22 mart tarixlərində “İmperial English Azerbaijan” şirkətinin xətti ilə Böyük Britaniyanın paytaxtı Londonda müəllimlərin ingilis dili fənninin tədrisi bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Humnitar fakültələr üzrə ingilis dili kafedrasının əməkdaşları – baş müəllim fil.ü.f.d Mənsurə Ağayeva, müəllim fil.ü.f.d Səbinə İsmayılova və təbiət elmləri üzrə ingilis dili kafedrasının əməkdaşları müəllimlər Mirvari Qəhrəmanova və Rəna Əliyevanın iştirakı ilə keçirilmiş 10 saatlıq “British TESOL Continuing Professional Development” seminarlarına yekun vurulmuşdur.
Seminarlar İngiltərənin ikinci ən böyük şəhərində yerləşən Birminqam mərkəzi ofisinin dünyaca tanınmış dil mütəxəssisləri tərəfindən hazırlanmış və təşkil edilmişdir. Belə ki, nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video və poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad-müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin yer aldığı onlayn seminarların ümumi müddəti 10 saat olmuşdur. Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salguero və digər mütəxəssis-pedaqoqlar tərəfindən keçirilmişdir.
- Engaging the reluctant learner
- Classroom Interactional Competence
- New innovative technologies
- Structuring materials for writing a thesis paper
- A focus on the 4 C’s (Communication, Critical Thinking, Creativity, Collaboration)
İlk seminarda təlim iştirakçıları ilə ümumi tanışlıqdan sonra interaktiv ünsiyyət bacarığını (Engaging Interactional Competence) inkişaf etdirməyin yolları haqqında praktik nümünələr əsasında geniş məlumat verildi, interaktiv formada müxtəlif tipli yanaşma yolları müzakirə edildi.
İkinci seminarda həvəssiz öyrəncilərin dərsə cəlb olunması (Engaging reluctant learners) mövzusu əsasında həvəssiz öyrəncilərin ümumi təsviri, onları tədris prosesinə cəlb etməyin yolları və bunun qlobal kontekstdə əhəmiyyəti haqqında geniş fikir mübadiləsi aparıldı.
Üçüncü seminarda dünya üzərindəki müxtəlif sahələrdə böyük dəyişikliklərə səbəb olan və həyatımızı sürətlə dəyişdirən yeni innovativ texnologiyalar (New İnnovative technologies) haqqında məlumatlar verildi, bu texnologiyaların həyatın bütün sahələrində, xüsusən də təhsil sahəsində inqilabi dəyişikliklərə səbəb olması müzakirə olundu.
Dördüncü seminar dissertasiya işi üçün materialın strukturlaşması (Structuring materialss for writing a thesis paper) mövzusuna həsr edilərək təlim prosesində müasir və aktual dissertasiya mövzusunun seçilməsi və təşkili yolları haqqında geniş məlumat verildi.
Beşinci seminarda “4 C’s” bacarıqları əsasında məlumatı düzgün qiymətləndirmə, məsələləri analiz etmə və düzgün nəticələrə gəlmək bacarıqlarını özündə ehtiva edən tənqidi düşünmənin əhəmiyyəti ilə yanaşı kritik düşünmə, yaradıcı düşünmə və əməkdaşlıq arasındakı əlaqə bağları geniş müzakirə mövzusu oldu.
Seminarları uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif edilmiş, İngiltərənin “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” - İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsinin sertifikatı ilə təltif ediləcəkləri “TESOL - 50 hours”, “TESOL - 120 hours”, “LEVEL 5 – TESOL (CELTA Equivalent)” təlimində və 2024-cü ildə Böyük Britaniyaya baş tutacaq səfərdə (Bukingem Sarayı, London Eye, London Muzeyi, Kembric, Oksford kimi mərkəzlərə ekskursiyalar və TESOL təlimi) iştirak etmək hüququ əldə etmişlər.
Xatırladaq ki, “Imperial English Azerbaijan” “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet, dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.
Comments
Send a Comment
Search
Recent News
3 месяца до by Emil Abdurahmanov
9 месяцев до by Emil Abdurahmanov
9 месяцев до by Emil Abdurahmanov