News

News   /   Ustad dərs – 3 müdavimləri

Ustad dərs – 3 müdavimləri


1 il əvvəl Emil Abdurahmanov
Ustad dərs – 3 müdavimləri

27 iyun tarixində “Imperial English Azerbaijan” şirkəti tərəfindən Laçın rayon Pənah Məmmədov adına 46 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Səbinə Xanım Əsədovanın təklif və təşəbbüsü əsasında Azərbaycanın orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdlərinə ingilis dili fənnini tədris edən ingilis dili müəllimləri üçün “Vizual görüntülər əsasında inşa yazma bacarıqlarının inkişafı (Developing essay writing skills using visuals)” onlayn təlimi təşkil edilmişdir.

Təlim yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından 2023-24-cü tədris ilindən etibarən Azərbaycanın orta ümümtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin buraxılış imtahanında vizual görüntülər əsasında inşa mətnlərinin tərtib edilməsinə əsaslanacaq açıq tipli sualların tətbiqi nəzərə alınaraq “İmperial English UK” beynəlxalq şirkəti tərəfindən xüsusi olaraq hazırlanmışdır.

1. Afaq Qənimət qızı Qaraşova - Bakı Slavyan Universiteti
2. Aygün Yusif qızı Mütəlibova - Qorxmaz Baxşıyev adına 179 nömrəli orta ümumtəhsil məktəbi
3. Aynur Böyükağa qızı Babayeva - Azərbaycan Dillər Universiteti
4. Aynurə Osman qızı Həsənova - Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd orta ümumtəhsil məktəbi
5. Aytac Mahir qızı Əlizadə - Azərbaycan Dillər Universiteti
6. Aytən Allahverdi qızı Xudai - Bakı şəhər 262 nömrəli orta ümumtəhsil məktəbi
7. Elvina Tərlan qızı Əskərova - Albert Aqarunov adına 154 nömrəli orta ümumtəhsil məktəbi
8. Fidan Natiq qızı Bəkirli - Azərbaycan Dillər Universiteti tələbəsi
9. Firuzə İsmayıl qızı Mahmudova - Sabunçu rayon 128 nömrəli orta ümumtəhsil məktəbi
10. Gülay Hafiz qızı Ələkbərova - Xəzər Universiteti tələbəsi
11. Gülnarə Ədhəm qızı İsmayılova - Azərbaycan Texniki Universiteti
12. Gülnarə Bəhman qızı Məmmədova - Xəzər Universiteti
13. Günel Əli qızı Baxşıyeva - 4 nömrəli orta ümumtəhsil məktəbi
14. Həmidə Əli Abbas qızı Muradova - Albert Aqarunov adına 154 nömrəli orta ümumtəhsil məktəbi
15. Humay Çingiz qızı Yusubova - Oğuz rayon Anar Əfəndiyev adına Kərimli kənd orta ümumtəhsil məktəbi
16. İsmixan Yüksəl oğlu Rəhimov - Fərdi müəllim
17. Kəmalə İlqar qızı Dadaşova - Quba rayon Kürkün kənd Yusif Əliyev adına 195 nömrəli orta ümumtəhsil məktəbi
18. Kəklik Xəlil qızı Osmanova - Kürdəmir rayonu Səyavuş Paşayev adına 6 nömrəli orta ümumtəhsil məktəbi
19. Xatirə İkrəm qızı Səlimova - 21-ci Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
20. Könül Abdulla qızı Nəcimova - Xırdalan şəhər 2 nömrəli orta ümumtəhsil məktəbi
21. Lalə Mahmud qızı Mərdanova - Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası
22. Leyla Məhəmməd qızı Mustafayeva - Tahir Hacıyev adına 252 nömrəli orta ümumtəhsil məktəbi
23. Mansura Tiflis qizi Ağayeva - Bakı Dövlət Universiteti
24. Mehpara Məmməd qızı Əliyeva - Azərbaycan Dövlət Pedaqoji Universiteti
25. Mirəli Mirhaşım oğlu Abbaszadə - Xəzər Universiteti tələbəsi
26. Nərgiz Rafiq qızı Qurbanova - Fərdi müəllim
27. Nərgiz Cahangir qızı Cavadova - Salyan rayonu Aqil Kərimov adına orta ümumtəhsil məktəbi
28. Nərminə Abdulməcid qızı Qazı - Qərbi Kaspi Universiteti nəznində kollec
29. Nigar Poladxan qızı Məmmədova - Kürdəmir rayon Famil Həşimov adına 3 nömrəli orta ümumtəhsil məktəbi
30. Nigar Namiq qızı Nəzirova - LANDAU özəl məktəbi
31. Reyhan Komuna qızı Səlimova - Yevlax rayonu 7 nömrəli orta ümumtəhsil məktəbi
32. Reyhanə Çingiz qızı Məmmədova - Zəngilan rayonu 21 nömrəli orta ümumtəhsil məktəbi
33. Səbinə Səyyaf qızı Hüseynli - Qubadlı rayon Teymur Müskanli kənd orta ümumtəhsil məktəbi
34. Səbinə Məmməd qızı Alməmmədova - Azərbaycan Texniki Universiteti
35. Səbinə Sabir qızı Hacıyeva - 21-ci Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
36. Səbinə Nəbi qızı Bayramova - Qərbi Kaspi Universiteti
37. Səbinə Baxış qızı Əsədova - Laçın rayon Pənah Məmmədov adına 46 nömrəli orta ümumtəhsil məktəbi
38. Səkinə Dəmir qızı Aydınova - Bakı Dövlət Universiteti
39. Sevgili Aydın qızı Pirməmmədova - Sumqayıt şəhər 11 nömrəli orta ümumtəhsil məktəbi
40. Sevinc Səlahəddin qızı Bayramova - Sumqayit şəhər 21 nömrəli orta ümumtəhsil məktəbi
41. Sevinc Yaşar qızı Məmmədova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
42. Şəbnəm Azər qızı Cəfərova - Qərbi Kaspi Universiteti
43. Şəbnəm Nazim qızı Abdullayeva - Azərbaycan Dövlət Pedaqoji Universiteti
44. Şəfiqə Qurban qızı Heydərova - Azərbaycan Texniki Universiteti
45. Təhminə Arif qizi Nəzərova - Bakı şəhər 137 nömrəli orta ümumtəhsil məktəbi
46. Təranə Vaqif qızı Qasımova - Hacıqabul rayonu 3 nömrəli orta ümumtəhsil məktəbi
47. Tünzalə Aydın qızı Pirimova - Xaçmaz rayon Bəhram Əhmədov adına Sayad kənd orta ümumtəhsil məktəbi
48. Türkan Rövşən qızı Şahbazova - Gəncə şəhəri Mirzə Şəfi Vazeh adına 16 nömrəli orta ümumtəhsil məktəbi
49. Ulduz Aləddin qızı Sarıcanova - Salyan rayon Aşıq Pənah adına 1 saylı məktəb-lisey
50. Vəfa Əhməd qızı Rəşidli - Azərbaycan Texniki Universiteti
51. Vüsalə Məcid qızı Əsgərova - Binəqədi rayonu 306 nömrəli orta ümumtəhsil məktəbi
52. Yuzetta Yusif qızı Əhmədova - Fərdi müəllim
53. Zümrüd Adıxan qızı Mustafayeva - Masallı Rayonu Ərəb kənd M.Hacıyev adına orta ümumtəhsil məktəb

İki hissəli təlimin ilk hissəsində “Imperial English United Kingdom” şirkətinin beynəlxalq təlimçisi Daniella Mundy iştirakçılara inşa yazmazdan əvvəl ideyalar formalaşdırmaq, ideyalar və onların əlaqələrini əyani şəkildə əks etdirmək üçün ağıl və ya konsepsiya xəritələri kimi vizual alətlərdən istifadə etmək, inşaların giriş, əsas paraqraf və nəticə kimi başlıca komponentlərini effektiv şəkildə planlaşdırmağa və strukturlaşdırmağa kömək edəcək venn diaqramları, axın sxemləri və ya konturlar kimi müxtəlif növ qrafik alətlərə müraciət etmək,  qrammatik səhvlər, aydın olmayan cümlələr və ya zəif arqumentlər kimi təkmilləşdirilməli olan sahələri müəyyən etmək üçün vurğulama və ya rəng kodlaşdırma üsullarından istifadə etməklə onları redaktə etmək, formal tonu saxlamaqla ardıcıl və yaxşı tərtib edilmiş cümlələr qurmağa kömək edə biləcək açar dil köklərindən yararlanmaq, inşalarda tez-tez istifadə olunan əsas termin və ifadələri təqdim etməklə akademik lüğəti genişləndirməyə xidmət edəcək rəsmi üsluba yer vermək, lüğətlərin mənimsənilməsinə kömək edəcək və fikir-anlayışları qüvvətləndirəcək söz şəbəkələri və ya söz diaqramları kimi əyani vəsaitlərdən faydalanmaq, inşalarda arqumentləri dəstəkləmək və ya əlavə məlumat vermək üçün sitatlar da daxil olmaqla qrafiki və yaxud şəkil kimi effektiv vizual elementlərdən düzgün istifadə etmək haqqında geniş məlumatlar vermiş, “Jambord”, “Padlet” və s. kimi metodlarla bağlı öz əyani nümunələrini bölüşmüşdür.

Təlimin ikinci hissəsində beynəlxalq təlimçi orta ümümtəhsil müəssisələrində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafında həm fərdi yaradıcılıq və tənqidi təfəkkür, həm də qarşılıqlı ünsiyyət və əməkdaşlıq baxımından mərhələli yazı tapşırıqlarının böyük təsirə malik olduğuna diqqət çəkmiş, bütün yaş qruplarından olan şagirdlər üçün ideyalar formalaşdırmaq baxımından hekaye yazmağa başlamamışdan öncəki qısa zaman müddətinin mövzunun dərkinə kömək etdiyini və bu səbəbdən önəmli olduğunu vurğulamış, vizual görüntülər əsasında kiçik hekayə mətnlərinin tərtib edilməsinə yönəlik şəkil nümunələri, açar sözlərdən istifadə etməklə hər şəkil üçün minimum 3 cümlənin tərtib edilməsi, cümlələrin bağlayıcılarla əlaqələndirilməsi, bu yolla paraqrafların yazılması və kiçik hekəyələrin formalaşmasına dair nümunələr bölüşmüşdür.

Təlim proqramını uğurla başa vuran müdavimlər “İmperial English UK” İngiltərə mərkəzi ofisi tərəfindən rəsmi sertifikatla və "İmperial English Azerbaijan" tərəfindən rəsmi müşayiət məktubu ilə təltif edilmişlər.

Xatırladaq ki, “Imperial English Azerbaijan” Böyük Britaniyada “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
Ustad dərs – 6 müdavimləri

3 ay əvvəl by Emil Abdurahmanov

Ustad dərs – 6

3 ay əvvəl by Emil Abdurahmanov

Ustad dərs – 5 müdavimləri

3 ay əvvəl by Emil Abdurahmanov