News

News   /   Ustad dərs – 9 müdavimləri

Ustad dərs – 9 müdavimləri


2 həftə əvvəl Emil Abdurahmanov
Ustad dərs – 9 müdavimləri

29 oktyabr tarixində “Imperial English Azerbaijan” şirkəti tərəfindən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncamına istinad edilərək Böyük Britaniyanın müxtəlif universitetlərinin tanınmış dil mütəxəssisləri tərəfindən beynəlxalq standartlara uyğun olaraq hazırlanmış 18 moduldan ibarət pilot layihənin növbəti sessiyası təşkil edilmişdir.

Sessiya müəllimlərin Süni İntellekt (Sİ) vasitələrindən istifadə etməklə şagirdləri effektiv şəkildə tədrisə cəlb edə bilməsi baxımından “Tələbələrin süni intellektlə cəlbi (Engaging students with Artificial Intelligence)” mövzusunda Birmingem Universitetinin dilçilik və süni intellekt üzrə mütəxəssisi Jake Groves tərəfindən xüsusi olaraq hazırlanmış və sessiyada texnologiyanın dərsləri daha interaktiv, fərdiləşdirilmiş, şagird və tələbələr üçün motivasiyaedici etməklə tədris və öyrənmə prosesini daha da gücləndirə bilməsindən bəhs edilmişdir.

1.    Aidə Hacıbabayeva - Azərbaycan Dillər Universiteti
2.    Aynur Əliyeva - Azərbaycan Dillər Universiteti
3.    Aynur Babayeva - Hazırlıq mərkəzi
4.    Aynurə Əliyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
5.    Aysel Həsənova - Milli Avaiasiya Akademiyası
6.    Aysel Məmmədbəyli - Azərbaycan Dillər Universiteti
7.    Aytan İslamlı - Xəzər Universiteti/Milli Avaiasiya Akademiyası
8.    Aytən Zərbəliyeva - Fərdi müəllim
9.    Elnarə Məmmədova - Azərbaycan Dillər Universiteti
10.  Elnarə Balayeva - Abşeron rayon, Xırdalan şəhər 10 nömrəli orta ümumtəhsil məktəbi
11.  Elnarə Rəhimli - Azərbaycan Dillər Universiteti
12.  Fəxriyyə Sadıxova - Azərbaycan Dillər Universiteti
13.  Fidan Əskərova - Azərbaycan Dillər Universiteti
14.  Fidan Bəkirli - Azərbaycan Dillər Universiteti
15.  Gülgün Novruzova - Azərbaycan Dillər Universiteti
16.  Güllü Bayramova - Azərbaycan Dillər Universiteti
17.  Gülmar İsrafilova - Azərbaycan Dillər Universiteti
18.  Gülnar Məlikova - Azərbaycan Dillər Universiteti
19.  Gülnarə Səfərova - Azərbaycan Dillər Universiteti
20.  Gülnarə İskəndərova - Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey
21.  Gülnarə Məmmədova - Xəzər Universiteti
22.  Günay İsayeva - Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli orta ümumtəhsil məktəbi
23.  Günay Seyidova - Azərbaycan Dillər Universiteti
24.  Günay Əliyeva - Gəncə Dövlət Universiteti
25.  Günay Süleymanova - Azərbaycan Dillər Universiteti
26.  Günay İmanzadə - Azərbaycan Dillər Universiteti
27.  Günel Tahirova - 90 nömrəli orta ümumtəhsil məktəbi
28.  Günel Əliyeva - Azərbaycan Dillər Universiteti
29.  Gunel Yunusova - Azərbaycan Dillər Universiteti
30.  Həcər Yunusova - Qəbələ rayonu Daşca kənd məktəbi
31.  Cəvahir Yaqubova - Azərbaycan Dillər Universiteti
32.  Kəmalə Əliyeva - Azərbaycan Dillər Universiteti
33.  Xatirə Qocayeva - Azərbaycan Dillər Universiteti
34.  Xəyalə Gəncəliyeva - Sumqayıt şəhəri 16 nömrəli orta ümumtəhsil məktəbi
35.  Könül İbadova - Azərbaycan Dillər Universiteti
36.  Lailə Qədimova - Azərbaycan Dillər Universiteti
37.  Lalə Əsədova - Azərbaycan Dillər Universiteti
38.  Leyla Hüseynova - Azərbaycan Dillər Universiteti
39.  Mətanət Mehdiyeva - Salyan rayonu, Təzəkənd orta məktəbi
40.  Mehriban İbadullayeva - Azərbaycan Dillər Universiteti
41.  Mehriban Məmmədli - Azərbaycan Dillər Universiteti
42.  Mehriban Qasımova - Bakı şəhəri Elçin Mansurov adına 88 nömrəli orta ümumtəhsil məktəbi
43.  Muxtar Hüseynzadə - Azərbaycan Dillər Universiteti
44.  Nadirə Hüseynzadə - Milli Aviasiya Akademiyası
45.  Nərmin Məlikzadə - Azərbaycan Dillər Universiteti
46.  Nurlanə Heybətova - Azərbaycan Dillər Universiteti
47.  Pərvin Zeynalova - Qərbi Kaspi Universiteti
48.  Röya Əliyeva - Azərbaycan Dillər Universiteti
49.  Səbinə Rüstəmova - Azərbaycan Dillər Universiteti
50.  Səxavət Nacıyev - Azərbaycan Dillər Universiteti
51.  Sevinc Hüseynova - Azərbaycan Dillər Universiteti
52.  Sevinc Orucova - Azərbaycan Dillər Universiteti
53.  Sevinc Hüseynova - Azərbaycan Dillər Universiteti
54.  Şəhla Qocayeva - Azərbaycan Dillər Universiteti
55.  Təranə Cabbarlı - Azərbaycan Dillər Universiteti
56.  Ülviyyə Zeynalova - Azərbaycan Dillər Universiteti
57.  Ülviyyə Babayeva - Azərbaycan Dillər Universiteti
58.  Vefa Piriyeva - Azərbaycan Dillər Universiteti
59.  Vüsalə Xıdırova - Azərbaycan Dillər Universiteti
60.  Vüsalə Bayramova - Zaqatala rayonu İsmət Qayıbov adına 4nömrəli orta ümumtəhsil məktəbi
61.  Yetər Əhmədova - Azərbaycan Dillər Universiteti
62.  Jalə Əhmədova - ADA Universiteti

Təlimi giriş sözü ilə açan Jake Groves ilk olaraq tədrisə cəlb edilmə və dil tədrisi üçün hazırlanmış bir neçə Süni İntellekt (Sİ) əsaslı innovativ tətbiqi nümayiş etdirmişdir. Müzakirə olunan digər alət isə müəllimlərə dərs planlarını, interaktiv materialları və tapşırıqları tez və səmərəli şəkildə hazırlamağa kömək edən Süni İntellekt (Sİ) ilə işləyən “Magical School” platforması olmuşdur. Bu platforma müəllimlərə şagird və tələbələr üçün xüsusi interaktiv məzmun hazırlayarkən vaxta qənaət imkanı yaradır.

Təqdim olunan üçüncü tətbiq isə şagirdlərin tələffüz və danışıq bacarıqlarını inkişaf etdirmələrinə kömək edən “Pronounce” platforması olmuşdur. Tətbiq, şagirdin nitqini təhlil etmək və ani rəy vermək üçün Süni İntellektdən (Sİ) istifadə edir, şagirdlərin ingilis dilində danışıq prosesində özünə daha inamlı və dəqiq olmalarına kömək edir. Bu platforma şagirdlərin ünsiyyət bacarıqlarını inkişaf etdirməyi hədəfləyən dil müəllimləri üçün xüsusilə dəyərli alətdir.

Seans boyunca süni intellekt üzrə mütəxəssis Jake Groves tərəfindən texnologiyanın effektiv tədrisi əvəz etməkdən daha çox onu dəstəklədiyi ideyası təşviq edilərək müəllimləri Süni İntellekt (Sİ) alətlərini dərslərinə daha çox və diqqətlə inteqrasiya etməyə çağırışlar edilmiş, daha dinamik və xoş təlim mühitləri yaradılması baxımından Süni İntellektin (Sİ) təhsilə necə inteqrasiya oluna biləcəyinə dair praktik nümunələr təqdim edilmişdir.

Ümumilikdə, təlim ilhamverici və məlumat xarakterli olmuşdur. Təlimin əsas nəticəsi olaraq süni intellektin həm müəllimlər, həm də tələbələr üçün yaradıcılıq, tədrisə cəlb və fərdiləşdirilmiş öyrənmə təcrübələrinin təşviqi baxımından çox güclü köməkçi vasitə olduğu diqqətə çatdırılmışdır.

Təlim sonunda təlimçi iştirakçıların suallarını cavablandırmış, təlim iştirakçıları da öz növbəsində təlim haqqında fikirlərini və  təşəkkürlərini bildirmişlər.

Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Təlimi Peşəkar Bitirmə Beynəlxalq Sertifikatı” ilə təltif edilmiş, növbəti sessiyalarda və 2026-cı ildə Böyük Britaniyaya baş tutacaq intensiv və fərdi təlim səfərində iştirak etmək imkanı əldə etmişlər.

Xatırladaq ki, “Imperial English Azerbaijan” Böyük Britaniyada “British Council” və “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
Ustad dərs – 10 müdavimləri

2 həftə əvvəl by Gulnara Mammadova

Ustad dərs – 10

2 həftə əvvəl by Emil Abdurahmanov

Ustad dərs – 9 müdavimləri

2 həftə əvvəl by Emil Abdurahmanov