News
" TESOL " təlimi – 5 müdavimləri
Noyabrın 11-i “İmperial English Azerbaijan (İEAZ)” şirkəti tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”-nə yekun vurulmuşdur.
Nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video və poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad-müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin, onlayn seminarların yer aldığı 50 saatlıq ümumi təlim müddətinin ilk 40 saatını özünütəhsil, 10 saatını isə onlayn seminarlar təşkil etmişdir. Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salquero, Böyük Britaniyalı beynəlxalq təlimçi Dəni Mandi və Gürcüstan Kutaisi Beynəlxalq Universitetinin professoru İnqa Diakonidze tərəfindən keçirilmişdir.
Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif ediləcək, 2023-cü ilin iyul ayında Böyük Britaniyaya baş tutacaq səfərdə və sentyabr ayında elan ediləcək İngiltərənin “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” - İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsinin sertifikatl ilə təltif ediləcəkləri “TESOL – LEVEL 5 (CELTA Equivalent)” təlimində iştirak etmək imkanını əldə edəcəklər. Bir həftəlik səfər proqramı çərçivəsində TESOL təlimi, Bukingem Sarayı, London Eye, London Muzeyi, Kembric, Oksford kimi mərkəzlərə ekskursiyalar nəzərdə tutulur.
1. Aygün Məmmədova – Azərbaycan Memarlıq və İnşaat Universiteti
2. Fərizə Məmmədova – Şuşa şəhər 7 nömrəli orta ümumtəhsil məktəbi
3. Günay Məmmədova – Azərbaycan Texniki Universiteti
4. Nərgiz Fətahova – Azərbaycan Memarlıq və İnşaat Universiteti
5. Nərmin Məmmədzadə – İngilis dili müəllimi
6. Nigar Ağayeva – Azərbaycan Memarlıq və İnşaat Universiteti
7. Tuti Abdullayeva – Bakı Dövlət Universiteti
Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” Böyük Britaniyanın “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet, dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.
Comments
Send a Comment
Search
Recent News
3 ay əvvəl by Emil Abdurahmanov
3 ay əvvəl by Emil Abdurahmanov
3 ay əvvəl by Emil Abdurahmanov