News

News   /   Ustad dərs – 12-16

Ustad dərs – 12-16


9 ay əvvəl Emil Abdurahmanov
Ustad dərs – 12-16

01-30 iyun tarixlərində “Imperial English Azerbaijan” şirkəti tərəfindən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncamına istinad edilərək yay mövsümü və tətili nəzərə alınaraq ali təhsil müəssisələrinin əməkdaşları, tədqiqatçılar, müəllim və tələbələr üçün 10 saatlıq rəqəmsal “AI-Powered Research & Academic Writing Training Programme - Süni intellekt əsaslı tədqiqat və akademik yazı təlimi proqramı” həyata keçirilmişdir.

1. Aygün Eminova - Mingəçevir Dövlət Universiteti
2. Aysel Məhərrəmli - Xəzər Universiteti
3. Elnarə Mürsəliyeva - Azərbaycan Dillər Universiteti
4. Fəridə Şükürova - Azərbaycan Dillər Universiteti
5. Fidan Bəkirli - Fərdi müəllim
6. Səkinə Aydınova - Bakı Dövlət Universiteti
7. Səmayyə Kərimova - Bakı Slavyan Universiteti
8. Sevinc Məmmədova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
9. Ülkər Cavadova - Azərbaycan Memarlıq və İnşaat Universiteti
10. Zümrüd Qafarlı - Azərbaycan Dillər Universiteti
11. Səidə Yusifova - Bakı Avrasiya Universiteti

Bu proqram universitetlərin süni intellekt savadlılığının, akademik tədqiqat keyfiyyətinin və məhsuldarlığının artırılması və gücləndirilməsi məqsədilə hazırlanmışdır.

Proqram Böyük Britaniyanın ali təhsil sistemində, xüsusilə də Süni İntellekt sahəsində böyük təcrübəsi olan Britaniyalı mütəxəssislər – Aston Universitetinin fəlsəfə doktoru, tətbiqi dilçilik üzrə mütəxəssis Doktor Coys Lim və Birminqem Universitetinin dilçilik və kommunikasiya üzrə mütəxəssis Dr Fei Xie tərəfindən hazırlanmış, tədqiqat, akademik yazı və peşəkar inkişaf üçün praktik süni intellekt bacarıqlarını əhatə etmişdir.

5 əsas ustad dərsdən ibarət proqrama video izahlı “Power Point” təqdimatları, tədqiqata əsaslanan oxu materialları, sadə qiymətləndirmələr üzrə test tapşırıqları daxil edilmişdir:

“AI for Research Ethics, Integrity & Responsible Use” sessiyası tədqiqat etikası, dürüstlük və məsuliyyətli istifadə barədə əsas prinsipləri əhatə etmişdir.

“AI for Academic Writing and Publications” sessiyası süni intellekt ilə yazı bacarıqlarının birləşdirilərək tədqiqatların effektivliyinin artırılması və bununla da süni intellektin akademik yazı prosesinə təsiri məsələlərini əhatə etmişdir. Tədqiqatçılar Sİ vasitəsilə məqalələrin strukturunu qurmağı, dəqiq üslubdan istifadə etməyi və akademik jurnallarda nəşr üçün məqalələr hazırlamağı öyrənmişlər.

“AI for Research Design, Methodology and Conceptual Framework” sessiyası Sİ dəstəyilə ilə tədqiqat dizaynı əsaslarının, metodologiyasının və konseptual çərçivələrinin qurulması yollarını əhatə etmişdir. Bu sessiyada, tədqiqatçılar, Sİ alqoritmləri ilə araşdırma suallarını formalaşdırmağı, uyğun metodologiyaları seçməyi və konseptual çərçivəni daha dəqiq qurmağı öyrənmişlər.

“AI for Literature Review” sessiyası, süni intellektin ədəbiyyat icmalı prosesində necə istifadə oluna bilinəcəyini izah etmişdir. Bu sessiyada, tədqiqatçılar Sİ vasitəsilə mövcud tədqiqatları sürətlə aparmağı, mövzu üzrə boşluqları müəyyənləşdirməyi və tədqiqat sahəsindəki əsas mənbələri analiz etməyi öyrənmişlər ki, bu da onların daha sistemli və dərin ədəbiyyat araşdırması işinə kömək edəcəkdir.

“AI for Research Productivity and Workflow Management” sessiyası, süni intellektin tədqiqat məhsuldarlığını və iş axınını optimallaşdırmaq üçün necə istifadə olunmasını əhatə etmişdir. Bu sessiyada, tədqiqatçılar Sİ alətlərindən istifadə edərək, tapşırıqları prioritetləşdirməyi, vaxtı səmərəli idarə etməyi və tədqiqat işini daha koordinasiyalı aparmağı öyrənmişlər ki, bu da tədqiqat prosesini daha effektiv və sistemli hala gətirəcəkdir.

Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Təlimi Peşəkar Bitirmə Beynəlxalq Sertifikatı” ilə təltif edilmiş, növbəti sessiyalarda iştirak etmək imkanı əldə etmişlər.

Xatırladaq ki, “Imperial English Azerbaijan” Böyük Britaniyada “British Council” və “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
SDU ilə görüş

3 ay əvvəl by Emil Abdurahmanov

Ustad dərs – 12-16

9 ay əvvəl by Emil Abdurahmanov

" TESOL " təlimi – 12

9 ay əvvəl by Emil Abdurahmanov