News

News   /   Attendees of Masterclass – 5

Attendees of Masterclass – 5


3 months before Emil Abdurahmanov
Attendees of Masterclass – 5

28 mart tarixində “Imperial English Azerbaijan” şirkəti tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “Təhsildə süni zəka (Aİ in Education)” adlı onlayn təlim təşkil edilmişdir.

Təlimi giriş sözü ilə açan "İmperial English UK" şirkətinin rəsmisi Rebecca Philpot süni intelektin təhsildə istifadəsinə, həm müəllimlər, həm də tələbələr üçün faydalı olmasına toxunaraq təhsil sistemini inkişaf etdirməsi, geniş təhsil imkanları yaratması, tədris və öyrənmə proseslərini daha interaktiv, səmərəli və fərdiləşdirilmiş hala gətirməsi baxımından süni intellektin böyük bir potensiala malik olduğunu vurğulamışdır.

Təlimin əsas aparıcısı Dr. Joys Lim öncə süni intellektin təhsildə yarada biləcəyi üstünlüklərdən və doğuracağı çatışmazlıqlardan praktik olaraq söhbət açaraq, “Chat Gpt”, “Quislet padlet” , “Magic School” adlı süni zəka alətlərindən istifadə zamanı müəllimlərin tələbələrinə göstərə biləcəyi mümkün kömək yolları haqqında məlumat vermiş, süni intelektin gələcək təhsildə mühüm rol oynamaqla yanaşı dərsin planlaşdırılması və tələbə biliyinin qiymətləndirməsində geniş tətbiq ediləcəyindən, dilin öyrənilməsində də geniş inklusiv mühit yaradacağından danışmışdır.

1. Ələviyyə Nuri - Naxçıvan Dövlət Universiteti
2. Alyona Heybətova - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
3. Andres Neira - Avropa Azərbaycan Məktəbi
4. Ayan Mirzəyeva - "You Will Speak English" Tədris mərkəzi
5. Aybəniz Meybəliyeva - Bakı Dövlət Universiteti
6. Aygün Nəcəfli - Milli Aviasiya Akademiyası
7. Aygün Yusifova - Milli Aviasiya Akademiyası
8. Aygün Bəybala qızı Yaqubzadə - S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya
9. Bahar Fuad qızı Tağıyeva - "British School in Baku"
10. Çiçək Əliyeva - Milli Aviasiya Akademiyası
11. Elina Fərəcova - Azərbaycan Dillər Universiteti
12. Elmira Əliyeva - Azərbaycan Dillər Universiteti
13. Elvina Baxışova - Milli Aviasiya Akademiyası
14. Fəridə Allahverdiyeva - Azərbaycan Dillər Universiteti
15. Fidan Səlimova - Azərbaycan Dillər Universiteti
16. Gülhəyat Abdullayeva - Azərbaycan Dövlət Pedaqoji Universiteti
17. Gülnar Aprel qızı Dadaşova - Qərbi Kaspi Universiteti
18. Gülnarə Bəhman qızı Məmmədova - Xəzər Universiteti
19. Günel Mirzəyeva - Bakı Müasir Təhsil Kompleksi
20. Günel Eyvazlı - Azərbaycan Dillər Universiteti
21. İlahə Hüseynova - Milli Aviasiya Akademiyası
22. İlhamə Məmmədova - Mingəçevir Turizm Kolleci
23. İntizar Mirzəyeva - Azərbaycan Dillər Universiteti
24. Cahanə Ələkbərova - Milli Aviasiya Akademiyası
25. Leyla Mirzəyeva - Milli Aviasiya Akademiyası
26. Leyla Hacıyeva - Azərbaycan Dillər Universiteti
27. Mənsurə Ağayeva - Bakı Dövlət Universiteti
28. Nərgiz Mustafayeva - Repetitor
29. Nərmin Əsgərli - Bakı Dövlət Universiteti
30. Rəhimə Babayeva - Azərbaycan Dillər Universiteti
31. Səadət Quliyeva - Azərbaycan Dövlət Pedaqoji Universiteti
32. Səidə Yusifova - Bakı Avrasiya Universiteti
33. Səidə Əliyeva - Azərbaycan Dövlət Pedaqoji Universiteti
34. Səlimə Hacıyeva - Bakı Dövlət Universiteti
35. Sarıgül Sadıxova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
36. Sevda Xəlilova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
37. Sevil Ağamalıyeva - "British School in Baku"
38. Sevinc Məmmədova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
39. Şəbnəm Abdullayeva - İdrak liseyi
40. Təranə Abbasova - Milli Aviasiya Akademiyası
41. Vahid Muradxanlı - "Star Colleges" özəl tədris mərkəzi
42. Yaqut Məhərrəmova - Bakı şəhəri, Nəsimi rayonu, 240 nömrəli tam orta məktəb
43. Yeganə Qurbanova - Azərbaycan Texniki Universiteti

Xatırladaq ki, “Imperial English Azerbaijan” Böyük Britaniyada “British Council” və “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
Attendees of Masterclass – 6

3 months before by Emil Abdurahmanov

Masterclass – 6

3 months before by Emil Abdurahmanov

Attendees of Masterclass – 5

3 months before by Emil Abdurahmanov