News

News   /   TESOL Training – 12

TESOL Training – 12


9 months before Emil Abdurahmanov
TESOL Training – 12

İyunun 19-u “İmperial English Azerbaijan (İEAZ)” şirkəti tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”–nə yekun vurulmuşdur.

Nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video və poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad–müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin, onlayn seminarların yer aldığı 50 saatlıq ümumi təlim müddətinin ilk 40 saatını özünütəhsil, 10 saatını isə onlayn seminarlar təşkil etmişdir.

Seminarların hər biri öz sahəsində tanınmış mütəxəssislər olan "Birmingem" Universitetindən Dani Mundy, "Hertfordshire" Universitetindən Stephanie Dimond-Bayir, "Greater Manchester" Universitetindən Kat Cridland və "Birmingem" Universitetindən Fei Xie tərəfindən keçirilmişdir.

İngilis dilinin tədrisi, təlim prosesinin təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsi və müasir beynəlxalq kontekstdə ingilis dilinin xüsusiyyətlərinin anlaşılması ilə bağlı əsas mövzuları əhatə edən təlim proqramında xüsusilə aşağıdakı istiqamətlər ön plana çəkilmişdir:

• onlayn öyrənmə bacarıqları: oxu, dinləmə, yazı, danışıq bacarıqlarının tədrisi;
• yeni innovativ metodlar, dil məlumatlılığı;
• 4-lərə diqqət - ünsiyyət, tənqidi düşüncə, yaradıcılıq, XX əsr bacarıqlarının birliyi, lüğət və dünya ingilis dilinin tədrisi
• İnteqrasiya metodologiyası yanaşması, akademik ingilis dili, materialların araşdırılması və böyük siniflərdə tədris;
• XX əsr bacarıqlarının tətbiqi, dərs planlaşdırması, sinif idarəçiliyi, qrammatikanın tədrisi və qiymətləndirmə.

Dərsin planlaşdırılmasında mövzuya giriş, materialın ətraflı izahı, praktik komponentlər, möhkəmləndirmə və rəyləri əhatə edən aydın bir strukturla səciyyələndirilmə ön plana çəkilmişdir. Pedaqoji təlimin bu seqmentində müəllimin yalnız dili yaxşı bilməsi deyil, həmçinin tələbələrin cəlb olunması və onların bacarıqlarının tədricən inkişaf etdirilməsi ilə təlim prosesini diqqətlə təşkil etməsi bacarığı da önə çəkilmişdir.

Bu gün ingilis dilinin yalnız Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının dili kimi deyil, həm də beynəlxalq lingua franca dili kimi mövcud olması, müxtəlif coğrafi bölgələrdə danışılması və hər bir dil mühitində tələffüz, söz istifadəsi, intonasiya və mədəni kontekst baxımından fərqli xüsusiyyətlər nümayiş etdirə bilməsi səbəbindən bu mövzunun öyrənilməsi ingilis dilinin tədrisində daha geniş baxış bucağı təqdim etmiş və vahid standarta riayət etmək əvəzinə, müasir tədris metodologiyalarında ingilis dilinin müxtəlif növlərini qəbul etməyin vacibliyini ortaya qoymuşdur. Bu, tələbələrin real həyatda, təhsildə, işdə və beynəlxalq ünsiyyətdə müxtəlif vurğu və formalarla qarşılaşa bilməsi səbəbiylə gələcək müəllimlər üçün də xüsusilə vacibdir. Təlim bir daha göstərmişdir ki, böyük sinif ölçüləri effektiv təlimə mütləq mane olmur, əkisnə düzgün dərs təşkili, aydın təlimatlar və ünsiyyət metodları ilə aktiv təlim atmosferi yaratmaqla əksər tələbələri ingilis dilinin öyrənilməsi prosesinə cəlb etmək mümkündür.

Ümumilikdə, TESOL təlim proqramı ingilis dilinin tədrisinin daha sistemli şəkildə başa düşülməsini təmin etməklə yanaşı, dərs planlaşdırması, dərsin təşkili və ingilis dilinin beynəlxalq müxtəlifliyinin nəzərə alınması da daxil olmaqla, ingilis dili tədrisinin əsas aspektlərinə hərtərəfli giriş təqdim etmişdir. Eləcə də akademik ingilis dili ilə işləmək və tələbələrin dil bacarıqlarını inkişaf etdirmək, onların irəliləyişini obyektiv qiymətləndirmək üçün imkanlar yaratmışdır. Təlim proqramı müəllimlik peşəsinin ikili təbiətini anlamağa kömək etməklə yanaşı, həm biliklərin ötürülməsinin, həm də tələbələrin real həyatda canlı ünsiyyət zamanı ingilis dildən inamla istifadəsinin vacibliyini ortaya qoymuşdur. Təlim məlumatverici, aktual və faydalı olmuş, ingilis dilinin tədrisi metodları haqqında anlayışı genişləndirərək, tədrisdə tətbiq oluna biləcək praktik vasitələri əhatə etmişdir. İştirakçılar tərəfindən əldə edilən bilik və bacarıqların həm gələcək peşəkar inkişafa, həm də təhsil prosesinin təşkilinə faydalı olacağı dilə gətirilmişdir. Təlimi xüsusilə dəyərli edən yalnız nəzəriyyəyə deyil, həm də biliklərin real tədris fəaliyyətində praktik tətbiqinə yönəlilk olması olmuşdur. 

Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif edilmiş, İngiltərənin “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” – İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsinin sertifikatı ilə təltif ediləcəkləri “TESOL – 120 hours” və “TESOL LEVEL 5 – CELTA Equivalent” təlimində iştirak etmək imkanını əldə etmişlər.

Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” Böyük Britaniyanın “British Council”, “OFQUAL – Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL – International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri–dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
Meeting with SSU

3 months before by Emil Abdurahmanov

Masterclass – 12-16

9 months before by Emil Abdurahmanov

TESOL Training – 12

9 months before by Emil Abdurahmanov