News
“ AE & IELTS ” Seminarları – 1
27.03-20.04.2023 tarixlərində Böyük Britaniyada “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsi “Imperial English Azerbaijan” şirkəti tərəfindən Azərbaycan Texniki Universitetinin Xarici-dillər kafedrası müəllimlərinin ingilis dili fənninin tədrisi bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədiylə ingilis dilinin tədrisində yeni innovativ metodologiya və yanaşmaların, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “Akademik ingilis dili və IELTS seminarları ” təlimi təşkil edilmişdir.
1. Gülnarə Ədhəm qızı İsmayılova – ingilis dili müəllimi
2. Ləman Pərviz qızı Axundova – ingilis dili müəllimi
3. Maral Məcid qızı Qəndilova – ingilis dili müəllimi
4. Səbinə Məmməd qızı Alməmmədova – Xarici-dillər kafedrasının müdiri
5. Vəfa Əhməd qızı Rəşidli – ingilis dili müəllimi
Təlim İngiltərənin ikinci ən böyük şəhərində yerləşən Birminqam mərkəzi ofisinin dünyaca tanınmış dil mütəxəssisləri tərəfindən hazırlanmış və həyata keçirilmişdir. Belə ki, xüsüsi seçilmiş və hazırlanmış proqram əsasında nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyaların, praktiki tədris materialları və tədqiqat məqalələrinin, video və “PowerPoint” təqdimatlarının, ustad-müəllimlər ilə dəyərli təcrübə mübadilələri və təlim qeydlərinin, mərhələli tapşırıq və onlayn seminarların yer aldığı təlimin ümumi müddəti 10 saat olmuşdur. Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salguero və “Birminqam” kollejinin beynəlxalq səviyyəli təlimçisi Rebecca Philpot tərəfindən həyata keçirilmişdir.
Peşəkar xarici-dil müəllimləri xarici dillərin tətbiqi problemlərindən, pedaqoji prosesdə kommunikativ yanaşmanın və ünsiyyət bacarıqlarının formalaşdırılmasından, ünsiyyət quruluşundakı xüsusi keyfiyyətlərdən bəhs etmiş, prezentasiyalarla müxtəlif mövzular müzakirə edilmiş və fərqli formada işıqlandırılmışdır. Onlayn təlim-seminarların təşkilində əsas məqsəd xarici dillərin tətbiqi problemlərinə kommunikativ yanaşmaq, xarici dil, ondan istifadə və onu ifadə qabiliyyətlərini yüksək səviyyədə təqdim etmək, müəllimlərin peşəkar erudisiyası, yaradıcılıq orijinallığı, estetik mədəniyyəti, pedaqoji bacarığı və nitq mədəniyyəti ilə yanaşı ünsiyyət bacarıqlarını da formalaşdırmaq, bununla da müəllimlərin ingilis dili səviyyəsini daha da inkişaf etdirmək olmuşdur.
“Imperial English UK” tərəfindən təqdim olunmuş İELTS hazırlıq proqramı və mövzuları isə texniki terminlər, frazeoloji və feili birləşmələr, fərqli üsul və idiomlar vasitəsiylə oxuma və yazma, dinləmə və danışma bacarıqlarının inkişaf etdirilməsinə hesablanmışdı:
1. Young people are much more aware of and concerned about issues like the environment, poverty and animal welfare than previous generations.
2. People naturally resist making change in their lives. What kind of problems or problems can this cause? What solution you can suggest?
3. To some people studying the past has little value in the modern world. Why do you think it is important to do so? What will be the effect if children are not taught history?
4. It is important for travelers and businesspeople to understand the cultures they come into contact with, however briefly. What are the main advantages of doing so? What do you think is the main disadvantage of not doing so?
5. The money spent on space research has brought enormous benefits to mankind, but it could be more specifically applied. How far do you agree?
6. The number of elderly people in the world is increasing. What do you think are the positive and negative effects of this trend?
7. Individuals can do nothing to change society. New developments can only be brought about by governments and large institutions. To what extent do you agree or disagree?
8. The diagram below shows how salt is removed from sea water.
9. Bar chart shows highest qualification attained by sex for working-age population in Wales.
10. The charts below show how selected age groups bought concert, cinema, and theatre tickets online over the first three months of 2013 in three countries and how the internet was accessed.
11. How selected age groups purchased concert, cinema, and theatre?
12. The graph below shows the average monthly use of health clubs.
13. The bar chart below shows the percentage of people in Great Britain living alone by age and sex in 2004-2005. Summarize the information by selecting and reporting the main features and make comparisons where relevant.
14. The table below shows the projected costings over the next five year in American dollars for three environmental projects for sustainable forestry. The pie chart shows the expected expenditure breakdown allocation for the first year as the project are set up. Summarize the information by selecting and reporting the main features and make comparisons where relevant.
15. The widespread use of Internet has brought many problems. What do you think are the main problems associated with the use of Internet? What solutions can you suggest?
Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” şirkətinin mərkəzi ofisi tərəfindən “Təlimi Peşəkar Bitirmə Sertifikatı” və “İmperial English Azerbaijan” nümayəndəliyi tərəfindən rəsmi müşayiət məktubu ilə təltif edilmişlər.
Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” Böyük Britaniyanın “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet, dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.
Comments
Send a Comment
Search
Recent News
3 ay əvvəl by Emil Abdurahmanov
3 ay əvvəl by Emil Abdurahmanov
3 ay əvvəl by Emil Abdurahmanov