News
Ustad dərs – 10 müdavimləri
12 yanvar tarixində “Imperial English Azerbaijan” şirkəti tərəfindən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncamına istinad edilərək Böyük Britaniyanın müxtəlif universitetlərinin tanınmış dil mütəxəssisləri tərəfindən beynəlxalq standartlara uyğun olaraq hazırlanmış 18 moduldan ibarət pilot layihənin növbəti sessiyası təşkil edilmişdir.
Sessiya rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə süni intellekt (AI) texnologiyalarının təhsil sisteminə təsiri və bu təsirin mühüm elmi və pedaqoji əhəmiyyət kəsb etməsi baxımından “Süni intellektlə dil tədrisinin dəyişdirilməsi: Bugünkü sinif üçün praktik vasitələr (Transforming Language Teaching with Artificial Intelligence)” mövzusunda Oxford Universitetindən PhD dərəcəsi almış, hazırda Aston Universitetində Tətbiqi Dilçilik və TESOL üzrə akademik fəaliyyət göstərən beynəlxalq səviyyəli mütəxəssis Dr. Joyce Lim tərəfindən xüsusi olaraq hazırlanmış və müəllimlər, tədqiqatçılar və eləcə də akademik fəaliyyətlə məşğul olan şəxslər üçün nəzərdə tutulmuşdur.
Təlimin əsas məqsədi süni intellektin dil tədrisində elmi-pedaqoji əsaslarla istifadəsini izah etmək, fərdiləşdirilmiş və tələbə mərkəzli dərs dizaynının yaradılması istiqamətində innovativ yanaşmaları təqdim etmək və tələbələri süni intellekt əsaslı təhsil mühitinə hazırlamaq olmuşdur.
Xüsusilə aşağıdakı istiqamətlər ön plana çəkilmişdir:
• Süni intellektin təhsildə nə edə biləcəyini və nə edə bilməyəcəyini aydın şəkildə müəyyənləşdirmək
• AI texnologiyalarının fərdiləşdirilmiş və produktiv öyrənməni necə dəstəklədiyini araşdırmaq
• Müəllimlərin tələbələri süni intellektdən şüurlu, etik və məqsədyönlü istifadə etməyə yönləndirmə bacarıqlarını gücləndirmək
• Tələbələrin tənqidi düşünmə, metakoqnitiv və etik bacarıqlarının inkişafı
Eyni zamanda təlim zamanı Dr. Joyce Lim süni intellekt barəsində mövcud olan “süni intellektin müəllimləri əvəzləyəcəyi” və “təhsildə süni intellektin qadağan olunması” kimi yanlış yanaşmalara da aydınlıq gətirmiş, şəxsi mövqeyini açıqlamışdır. Təlimin gedişatında süni intellektin müsbət və mənfi tərəfləri geniş müzakirə olunmuş, təhsildə müəllimin əsas və aparıcı rol oynadığı, süni intellektin isə yalnız köməkçi vasitə olması vurğulanmışdır. Bununla belə, süni intellektin inkişafı ümumilikdə təhsilin inkişafı üçün atılan mühüm və müsbət bir yenilik kimi qiymətləndirilmişdir.
1. Afina Hüseynova - Bakı Slavyan Universiteti
2. Aqil Mustafayev - Azərbaycan Dövlət Aqrar Universiteti
3. Alyona Heybətova - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
4. Amalya Musayeva - Bakı Slavyan Universiteti
5. Anna Qruzina - Azərbaycan Dövlət Aqrar Universiteti
6. Arzu Rəcəbli - Bakı Slavyan Universiteti
7. Aygun İbrahimova - Azərbaycan Dillər Universiteti
8. Aygun Yusifova - Milli Aviasiya Akademiyası
9. Aygül İsgəndərova - Azərbaycan Dillər Universiteti
10. Aygün Cəfərova - Göygöl rayonu, Qızılca kəndi, R.Rzayev adına 1 nömrəli orta məktəb
11. Ayxan Abbasov - Azərbaycan Dövlət Aqrar Universiteti
12. Aynur Meyfaliyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
13. Ayşən Qasımova Mustafayeva - Azərbaycan Dövlət Aqrar Universiteti
14. Aytac Əliyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
15. Aytac Məmmədova - Bakı Slavyan Universiteti
16. Aytən Zeynalova - Azərbaycan Dövlət Aqrar Universiteti
17. Cəmilə Mustafayeva - "RusMaster" Özəl tədris mərkəzi
18. Cənanə Eminova - Azərbaycan Dövlət Aqrar Universiteti
19. Cəvahir Nəsibova - Azərbaycan Dövlət Aqrar Universiteti
20. Elfinaz Davudova - Azərbaycan Dillər Universiteti
21. Elnarə Məmmədova - Azərbaycan Dillər Universiteti
22. Esmira Hüseynzadə - Azərbaycan Dövlət Aqrar Universiteti
23. Esmira Muxtarova - Bakı şəhəri Nəsimi rayonu Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb
24. Əfşan Həsənova - Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci
25. Əsəd Allazov - Azərbaycan Dövlət Aqrar Universiteti
26. Fəridə Aslanova - Azərbaycan Dövlət Aqrar Universiteti
27. Firuzə Kərimova - Bakı Slavyan Universiteti
28. Gülbəniz Alverdiyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
29. Gülnar Məlikova - Azərbaycan Dillər Universiteti
30. Gülnara Aslanova - Azərbaycan Dövlət Aqrar Universiteti
31. Gülnarə Qəniyeva - Bakı Slavyan Universiteti
32. Gülnarə Məmmədova - Xəzər Universiteti
33. Günay Abdullayeva - Azərbaycan Dövlət Aqrar Universiteti
34. Günay Əliyeva - Gəncə Dövlət Universiteti
35. Günay İmanzadə - Azərbaycan Dillər Universiteti
36. Günay İsmayılova - Gəncə Dövlət Universiteti
37. Günay Quliyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
38. Günay Məmmədova - Azərbaycan Dövlət Aqrar Universiteti
39. Günay Süleymanova - Bakı Slavyan Universiteti
40. Günel Allahverdiyeva - Azərbaycan Dövlət Pedaqoji Universiteti
41. Günel Mustafayeva - Bakı Slavyan Universiteti
42. Günel Səlimova - Bakı Slavyan Universiteti
43. Günel Yunusova - Azərbaycan Dillər Universiteti
44. Günel Zeynallı - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
45. Hüsniyyə Yusifova - Azərbaycan Dövlət Aqrar Universiteti
46. Xatirə Qocayeva - Azərbaycan Dillər Universiteti
47. İlhamə İsgəndərova - Azərbaycan Dillər Universiteti
48. Könül Babayeva - Azərbaycan Dövlət Aqrar Universiteti
49. Könül Fərəcbəyli - Azərbaycan Dillər Universiteti
50. Könül Sadiyeva - Bakı Slavyan Universiteti
51. Könül Tağıyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
52. Lalə İbrahimova - Azərbaycan Dövlət Aqrar Universiteti
53. Layə Mustafayeva - Azərbaycan Memarlıq və İnşaat Universiteti
54. Leyla Həsənova - Bakı Slavyan Universiteti
55. Leyla Musayeva - Bakı Slavyan Universiteti
56. Leyla Piriyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
57. Maral Rəhimova - Azərbaycan Dövlət Aqrar Universiteti
58. Marina Korshia - "Star's Academy" Özəl tədris mərkəzi
59. Mədinə Həsənova - Bakı Slavyan Universiteti
60. Məlaikə Xudaverdiyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
61. Mənsurə Ağayeva - Bakı Dövlət Universiteti
62. Məryəm Süleymanova - Bakı Slavyan Universiteti
63. Mina Məmmədova - Azərbaycan Dövlət Aqrar Universiteti
64. Müjgan Tağıyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
65. Nərgiz Mustafayeva - Repetitor
66. Nərmin Məlikzadə - Azərbaycan Dillər Universiteti
67. Nərminə Süleymanova - Azərbaycan Dövlət Aqrar Universiteti
68. Nəzrin İskəndərova - Bakı Slavyan Universiteti
69. Nigar Bayramova - Azərbaycan Dövlət Aqrar Universiteti
70. Nigar Nəzirova - "LANDAU School"
71. Nuranə Bədiyeva - Azərbaycan Dillər Universiteti
72. Nuray Həmidli - Azərbaycan Dövlət Aqrar Universiteti
73. Nuriyə Ələkbərova - Azərbaycan Dövlət Aqrar Universiteti
74. Ramilə Fərəcova - Azərbaycan Dövlət Dəniz Akademiyası
75. Rəhilə Qeybullayeva - Bakı Slavyan Universiteti
76. Rəsmiyə Quliyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
77. Sahilə Məmmədova - Azərbaycan Dövlət Aqrar Universiteti
78. Samirə Qocayeva - Bakı Slavyan Universiteti
79. Sarıgül Sadıxova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
80. Sevda Aghayeva - Azərbaycan Dövlət Pedaqoji Universiteti
81. Sevinc Mahmudova - Azərbaycan Dövlət Aqrar Universiteti
82. Sevinc Məmmədova - Azərbaycan Dövlət Pedaqoji Universiteti
83. Sevinc Mirzəyeva - Bakı Slavyan Universiteti
84. Sevinc Tağıyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
85. Səbinə Hacıyeva - Azərbaycan Dövlət Aqrar Universiteti
86. Solmaz İsmayılova - Azərbaycan Dövlət Aqrar Universiteti
87. Sona Ramazanova - Azərbaycan Dövlət Aqrar Universiteti
88. Şahnaz Ələkbərova - Azərbaycan Dövlət Aqrar Universiteti
89. ŞəbnəmAbdullayeva - İdrak Liseyi
90. Şəbnəm Məmmədova - Bakı Slavyan Universiteti
91. Tamella Əlizadə - Azərbaycan Dövlət Aqrar Universiteti
92. Turan Əkbərli - Bakı Slavyan Universiteti
93. Turan Məmmədova - Azərbaycan Dövlət Aqrar Universiteti
94. Ülkər Cavadova - Azərbaycan Memarlıq və İnşaat Universiteti
95. Ülviyyə Ağazadə - Bakı şəhəri Xəzər rayonu Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəb
96. Vəfa Həmidova - Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey
97. Vəfa Qənizadə - Bakı Slavyan Universiteti
98. Vəfa Muxtarova - Azərbaycan Dövlət Aqrar Universiteti
99. Vüsalə Abdullayeva - Azərbaycan Dövlət Aqrar Universiteti
100. Yasəmən İsmayılova - Bakı Slavyan Universiteti
101. Zita Hüseynova - Azərbaycan Dövlət Aqrar Universiteti
102. Züleyxa Süleymanova - Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci
103. Zümrüd Qəhrəmanova - Azərbaycan Dövlət Aqrar Universiteti
Təlim interaktiv və qarşılıqlı fikir mübadiləsinə əsaslanan formatda keçirilmişdir. İştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməmiş, eyni zamanda kiçik qruplarda praktik tapşırıqlar həyata keçirmiş, reflektiv suallar və ümumi diskussiyalar vasitəsilə süni intellekt alətlərinin tədrisdə tətbiq imkanlarını və yarana biləcək mənfi halların aradan qaldırılması yollarını təhlil etmişlər.
Qarşılıqlı müzakirələr və akademik diskussiyalar əsasında keçirilən masterklass iştirakçıların tənqidi düşünmə, analitik yanaşma və reflektiv pedaqoji bacarıqlarının inkişafına mühüm töhfə vermişdir. Təlim süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyasına dair nəzəri biliklərlə praktik tətbiqlər arasında əlaqənin gücləndirilməsinə xidmət etmişdir. Bu cür interaktiv və elmi əsaslı təlimlər təhsil sistemində innovasiyaların təşviqi, müəllimlərin peşəkar inkişafı və tədris keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Təlimi Peşəkar Bitirmə Beynəlxalq Sertifikatı” ilə təltif edilmiş, növbəti sessiyalarda və 2026-cı ildə Böyük Britaniyaya baş tutacaq intensiv və fərdi təlim səfərində iştirak etmək imkanı əldə etmişlər.
Xatırladaq ki, “Imperial English Azerbaijan” Böyük Britaniyada “British Council” və “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet, dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.
Comments
Send a Comment
Search
Recent News
2 həftə əvvəl by Gulnara Mammadova
2 həftə əvvəl by Emil Abdurahmanov
2 həftə əvvəl by Emil Abdurahmanov