News

News   /   " TESOL " təlimi – 1 müdavimləri

" TESOL " təlimi – 1 müdavimləri


2 il əvvəl Emil Abdurahmanov
" TESOL " təlimi – 1 müdavimləri

13 – 17 sentyabr tarixlərində Böyük Britaniyada “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “İmperial English United Kingdom (İEUK)” şirkəti dünyanın 25-dən çox ölkəsindəki partnyorları üçün “TESOL CPD” təlimini təşkil etmişdir.

Təlimdə “İmperial English Azerbaijan” şirkətini Tədris departamentinin rəhbəri Ülviyyə Muradova və ingilis dili tədrisi üzrə mütəxəssis Kəmalə Əhmədli təmsil etmişlər.

Təlim Böyük Britaniyalı beynəlxalq təlimçi Dany Mundyinin təhbərliyi altında Birləşmiş Krallıqdan olan təlimçilər tərəfindən keçirilmişdir.

Müxtəlif bölmələr üzrə nəzəri və praktik bilikləri əhatə edən təlimin ilk günü dərsin planlanması, sinfin idarə edilməsi və müəllimin dərs müddətində həyata keçirdiyi müxtəlif rollar barədə geniş məlumat verilmişdir. Növbəti günlərdə isə şagird və tələbələrin qiymətləndirilməsinin əhəmiyyəti və müxtəlif qiymətləndirmə formaları haqqında geniş müzakirələr aparılmış, lüğət öyrətməyin 7 əsas mərhələsi haqqında nümunələr əsasında məlumatlar verilmişdir. Bir dildə sözləri bilmədən qrammatik strukturlarla danışmağın mümkünsüzlüyü səbəbiylə dərs gedişatında lüğət öyrədilməsinin əhəmiyyəti xüsusi vurğulanmış, söz ehtiyyatından əlavə oxu, yazı, danışma və dinləmə kimi vərdişlərin öyrədilməsinə xüsusi toxunulmuşdur. 

İngilis dili fənninin tədrisi bacarıqlarının daha da inkişaf etdirilməsi üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşmaların, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış, interaktiv müzakirələrlə keçən bu təlimdən müəllimlər gələcəkdə dərslərin planlanmasında istifadə edə biləcəkləri çoxlu təcrübələr qazanmışlar.

1 həftə davam edən təlimin sonunda müəllimlər “İmperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” və "İmperial English Azerbaijan" şirkəti tərəfindən rəsmi müşayiət məktubu ilə təltif edilərək müdavim olmuşlar.

Xatırladaq ki, İEUK dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

 

Comments
Send a Comment
Search
Recent News
Ustad dərs – 6 müdavimləri

3 ay əvvəl by Emil Abdurahmanov

Ustad dərs – 6

3 ay əvvəl by Emil Abdurahmanov

Ustad dərs – 5 müdavimləri

3 ay əvvəl by Emil Abdurahmanov