News
" TESOL " təlimi – 3 müdavimləri
Avqustun 31-i “İmperial English Azerbaijan (İEAZ)” tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”-nə yekun vurulmuşdur.
Nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video və poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad-müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin, onlayn seminarların yer aldığı 50 saatlıq ümumi təlim müddətinin ilk 40 saatını özünütəhsil, 10 saatını isə onlayn seminarlar təşkil etmişdir. Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salguero, beynəlxalq təlimçilər Matt Kendrick, Eli Ghazel, Stefanie Dimond Bayir və Gürcüstan Kutaisi Beynəlxalq Universitetinin professoru İnga Diakonidze tərəfindən keçirilmişdir.
Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif ediləcək, 2023-cü ilin iyul ayında Böyük Britaniyaya baş tutacaq səfərdə və sentyabr ayında elan ediləcək İngiltərənin “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” - İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsinin sertifikatl ilə təltif ediləcəkləri “LEVEL 5 – TESOL (CELTA)” təlimində iştirak etmək imkanını əldə edəcəklər. Bir həftəlik səfər proqramı çərçivəsində TESOL təlimi, Bukingem Sarayı, London Eye, London Muzeyi, Kembric, Oksford kimi mərkəzlərə ekskursiyalar nəzərdə tutulur.
1. Aygün Abdulzadə – Sumqayıt şəhər orta ümumtəhsil məktəbi
2. Aynur Ələkbərova – Azərbaycan Dövlət Pedaqoji Universiteti
3. Aynur Ramazanova – Şəki şəhər Qırxbulaq kənd orta ümumtəhsil məktəbi
4. Aynura Carçalova – İngilis dili müəllimi
5. Elmira Əliyeva – Azərbaycan Dillər Universiteti
6. Elmira İsmayilova – Azərbaycan Texniki Universiteti
7. Elnarə İmanova – Hacıqabul şəhər 10 nömrəli orta ümumtəhsil məktəbi
8. Əfsanə Hüseynova – 65 nömrəli orta ümumtəhsil məktəbi
9. Fəkriyyə Zahidova – Azərbaycan Dillər Universiteti
10. Fidan Zeynalova – İngilis dili müəllimi
11. Gülmira Mövsumova – Qubadlı rayon Qazyan kənd orta ümumtəhsil məktəbi
12. Gülnar Beybudova – İngilis dili müəllimi
13. Gülnar Qədimova – Gədəbəy rayon 1 nömrəli orta ümumtəhsil məktəbi
14. Günay Təhməzova – Bakı Slavyan Universiteti
15. Xəyala Gəncəliyeva – Sumqayıt şəhər 16 nömrəli orta ümumtəhsil məktəbi
16. Xəyalə Həmidova – Azərbaycan Dövlət Pedaqoji Universiteti
17. İradə İsgəndərzadə – Azərbaycan Dövlət Pedaqoji Universiteti
18. Kamilə Nehmətova – 22 nömrəli orta ümumtəhsil məktəbi
19. Könül Məmmədova – Bakı Dövlət Universiteti
20. Leyla Səfərli – Lənkəran rayon Sütəmurdov orta ümumtəhsil məktəbi
21. Maral Yusubova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillər mərkəzi
22. Mehparə Əliyeva – Azərbaycan Dövlət Pedaqoji Universiteti
23. Nərgiz Əliyeva – Bakı Dövlət Universiteti
24. Nərmin Eynişova – 251 nömrəli orta ümumtəhsil məktəbi
25. Reyhanə Məmmədova – Zəngilan rayon 21 nömrəli orta ümumtəhsil məktəbi
26. Samirə Məmmədova – Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kən orta ümumtəhsil məktəbi
27. Samirə Musayeva – 166 nömrəli orta ümumtəhsil məktəbi
28. Sevgili Pirməmmədova – Sumqayıt şəhər 11 nömrəli orta ümumtəhsil məktəbi
29. Sevinc Əliyeva – Mehdiabad qəsəbəsi 1 nömrəli orta ümumtəhsil məktəbi
30. Sevinc Məmmədova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillər mərkəzi
31. Turan Əkbərli – Bakı Slavyan Universiteti
32. Vəfa Mürsəlova – Bakı Slavyan Universiteti
33. Zeynəb Rzayeva – Zeynəb Rzayeva – Ağcabədi rayonu Hindarx qəsəbəsi 1 saylı tam orta məktəb
Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” Böyük Britaniyanın “British Council” tərəfindən akkreditə olunmuş “İmperial English United Kingdom (İEUK)” şirkətinin Azərbaycan üzrə yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet, dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.
Comments
Send a Comment
Search
Recent News
3 ay əvvəl by Emil Abdurahmanov
3 ay əvvəl by Emil Abdurahmanov
3 ay əvvəl by Emil Abdurahmanov