News

News   /   " TESOL " təlimi – 9

" TESOL " təlimi – 9


2 il əvvəl Emil Abdurahmanov
" TESOL " təlimi – 9

Martın 8–i “İmperial English Azerbaijan (İEAZ)” şirkəti tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”–nə yekun vurulmuşdur.

Nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video və poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad–müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin, onlayn seminarların yer aldığı 50 saatlıq ümumi təlim müddətinin ilk 40 saatını özünütəhsil, 10 saatını isə onlayn seminarlar təşkil etmişdir. Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salquero, Böyük Britaniyalı beynəlxalq təlimçi Dəni Mandi və Gürcüstan Kutaisi Beynəlxalq Universitetinin professoru İnqa Diakonidze tərəfindən keçirilmişdir.

Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif edilmiş, 2024–cü ilin iyul ayında Böyük Britaniyaya baş tutacaq səfərdə və sentyabr ayında elan ediləcək İngiltərənin “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” – İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsinin sertifikatl ilə təltif ediləcəkləri “TESOL – 120 hours” və “TESOL LEVEL 5 – CELTA Equivalent” təlimində iştirak etmək imkanını əldə etmişlər. Bir həftəlik səfər proqramı çərçivəsində TESOL təlimi, Bukingem Sarayı, London Eye, London Muzeyi, Kembric, Oksford kimi mərkəzlərə ekskursiyalar nəzərdə tutulur.

1.    Afət İsrafilova – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
2.    Əfsanə Oruclu – Naxçıvan Universiteti
3.    Aliyə Mahmudova – Mingəçevir Müəllimlər Universiteti
4.    Arzu Orucova – Bakı şəhər Binəqədi rayonu Həbibulla Hüseynov adına 83 nömrəli məktəb–lisey
5.    Ayan Mirzəyeva – "You Will Speak" Tədris mərkəzi
6.    Aygün Eminova – Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəb
7.    Aygün Musayeva – Bakı şəhər Ərəstun Mahmudov adına 220 nömrəli məktəb–lisey
8.    Aynur Yunsurova – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
9.    Aytac Babayeva – Mingəçevir Turizm Kolleci
10.    Azadə Mikayılova – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
11.    Büllur İsmayılova – Mingəçevir Dövlət Universiteti
12.    Cəmalə Əliyeva – Bakı Slavyan Universiteti
13.    Esmira İsmayılova – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
14.    Fərid Musayev – Repetitor
15.    Fidan Nəzərli – Azərbaycan Dövlət Pedaqoji Universiteti
16.    Vüsalə Rüstəmova – Azərbaycan Dillər Universiteti
17.    Gülay Qurbanova – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
18.    Gülər Məmmədzadə – Bakı şəhəri Binəqədi rayonu 244 nömrəli tam orta məktəb
19.    Gülnaz Qurbanova – Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəb
20.    Gülşən Cümşüdova – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
21.    Kərəm Hacıyev – Azərbaycan Dillər Universiteti
22.    Lətafət Əliyeva – Bakı şəhəri Akif Abdullayev adına 211 nömrəli tam orta məktəb
23.    Mehrac Mirzəyeva – Bakı şəhəri Abil Səfərov adına 114 nömrəli tam orta məktəb
24.    Nigar Məmmədova – Azərbaycan Dövlət Pedaqoji Universiteti
25.    Pərvin Şükürova – Azərbaycan Dillər Universiteti
26.    Röya Kərimova – Dilçilik Akademiyası
27.    " Mission " Tədris mərkəzi
28.    Sevinc Bayramova – Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb 
29.    Seyid Mahammadrahim – "Master school" Tədris mərkəzi
30.    Vəfa Quliyeva – Bakı şəhəri 310 nömrəli tam orta məktəb
31.    Fidan Səmədova – Mingəçevir Turizm Kolleci
32.    İlhamə Məmmıdova – Mingəçevir Turizm Kolleci

Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” Böyük Britaniyanın “British Council”, “OFQUAL – Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL – International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri–dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
SDU ilə görüş

3 ay əvvəl by Emil Abdurahmanov

Ustad dərs – 12-16

9 ay əvvəl by Emil Abdurahmanov

" TESOL " təlimi – 12

9 ay əvvəl by Emil Abdurahmanov