News
" TESOL " təlimi – 3
Avqustun 31-i “İmperial English Azerbaijan (İEAZ)” tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”-nə yekun vurulmuşdur.
Nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video, poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad-müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin, onlayn seminarların yer aldığı 50 saatlıq ümumi təlim müddətinin ilk 40 saatını özünütəhsil, 10 saatını isə onlayn seminarlar təşkil etmişdir. Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salguero, beynəlxalq təlimçilər Matt Kendrick, Eli Ghazel, Stefanie Dimond Bayir və Gürcüstan Kutaisi Beynəlxalq Universitetinin professoru İnga Diakonidze tərəfindən keçirilmişdir.
Təlimin ilk seminarı cənab Rafael Salguero və Matt Kendrick tərəfindən təlimə qoşulan azərbaycanlı müəllim heyəti ilə tanışlıqla başlamışdır. Daha sonra tədrisdə 21-ci əsr müasir təlim metodlarının tətbiqi müzakirə edilmiş, ənənəvi və müasir təlim metodları qarşılaşdırılmış, ənənəvi üsuldan fərqli olaraq müasir təlim metodlarına əsaslanan dərsin müəllim deyil, tələbə mərkəzli olduğu vurğulanmışdır. Müəllimlərin sinfə daha çox cavabdeh olduğu ənənəvi tədris üsulunda müəllimlərin xarizma və bilik etibarıyla şagirdləri ilhamlandırıcı qabiliyyətə malik olmadığı və bunun sonda müxtəlifliyi olmayan sinif atmosferində keçən “ötürülmə tədrisinə” gətirib çıxardığı, müasir təlim metodlarına əsaslanan tədrisdə isə motivasiyaların qurulmasının, şagirdlərin ön plana çıxarılmasının, interaktiv tədris metodlarından və üsullarından istifadənin başlıca amil olması qeyd edilmişdir. Bundan əlavə verilmiş təlimatların başa düşülməsinin yoxlanılmasının, şagirdlər üçün müvafiq dil səviyyələrindən istifadənin, dərs sonunda tələbələrin rəylərinin alınmasının müasir tədrisin əsaslarını təşkil etdiyi diqqətə çatdırılmışdır.
/1AZ/1.jpg)
Eli Ghazalın rəhbərliyi ilə keçən “4C’s” bacarıqlarının müzakirəsinə fokuslanmış ikinci seminarda hansı şagirdə hansı tapşırığın həvalə olunacağı, şagirdlərin hər birinin diqqətinin artırılmasının və diqqət mərkəzinə gətirilməsinin vacibliyi, heç bir fərdi üstünlük verilmədən şagirdlərin hamısının eyni problemə cəlbi, bütün şagirdlərin cavablarının saniyələr ərzində toplanmasının vacibliyi, yuxarıda qeyd edilənlərin ümumi dərs müddətinin cəmi 10-15 faizini əhatə etməli olduğunun məqsədəuyğunluğu bildirilmişdir. Bundan əlavə, cənab Eli Ghazal yeni sözlərin öyrədilməsi, sözlərin mənası, orfoqrafiyası, tələffüzü, növləri, cümlədə yeri və s. haqqında geniş məlumatlar vermiş, ikinci dil öyrənən şagirdlərdən sadəcə yeni öyrəndikləri sözlərdən cümlə qurmaqlarının istənilməsinin doğru olmadığını bildirmişdir. Şagirdlərin mətndə tanış olmayan sözlərin mənasını anlaması üçün istifadəsi mümkün 70-dən çox üsulun olduğunu diqqətə çatdıran Eli Ghazal bunlardan ən azı 18-nin öyrədilməsinin vacibliyini qeyd etmişdir.
/1AZ/2.jpg)
Akademik səviyyədə mövzuların müzakirəsinə həsr edilmiş üçüncü seminarda akademik yazı, inşa, xülasə, redaktə və redaktə vasitələri, dissertasiya, esse, dissertasiya və esse fərqi, plaqiatlıq və s. kimi mövzular, həmçinin məlumat araşdırması və böyük auditoriyalarda tədris prosesi də müzakirə edilmiş, məktəb şəraitində az da olsa şagirdlərdə akademik ingilis dilininin inkişafı üçün təlimçilərin təcrübələrinə əsaslanan müəyyən metodlardan istifadəsinin mümkünlüyü göz önünə gətirilmişdir.
/1AZ/3.jpg)
Yazı və dinləmə bacarıqlarının inkişafına fokuslanan 4-cü seminarda orfoqrafiya, durğu işarələri, qrammatika, qaralama qeydləri, yazının təkrar nəzərdən keçirilməsi, düzəlişlərin edilməsi, orijinal dinləmə məntlərindən istifadə, dinləmə strategiyaları, dinləmə öncəsi texniki hazırlıq və bəzi əcnəbi dillərlə tanışlıq kimi mövzulara toxunulmuşdur.
/1AZ/4.jpg)
Təlimin sonuncu – beşinci seminarı sözlər, sözlərin mənaları, kontekstdəki təhriflər, cümlədə söz sırası, orfoqrafiya, söz və cümlə vurğusu, fonemlər, intonasiya, dil bacarıqları, şagirdlərin açar sözlərdən istifadə etmələri, açar sözlərdən istifadə edilməklə yeni sözlərin yaradılması, bir söz və ya söz birləşməsinin digər sözə əlavə edilməsi ilə oxu bacarıqlarının inkişaf etdirilməsi, söz birləşmələrindən istifadə edilərək yeni frazeoloji birləşmələrin yaradılması və bütün bu sadalananların dilə yenilik gətirməsindən danışılmışdır. Ümumiyyətlə, dil bacarıqlarının sinifdə oxu həmçinin, müşahidə etmək, yazı bacarıqlarını mənimsəmək, düşündürücü suallar vermək kimi bacarıqları təkmilləşdirdiyi qabardılmışdır.
/1AZ/5.jpg)
Sonda bağlanış mərisimində təlim iştirakçısı olan bütün müəllimlər bu təlimin hər kəs üçün faydalı keçdiyini, dərslərində beynəlxalq təlimçilərin təcrübələrindən yararlanacaqlarını, öyrəndikləri yeni interaktiv təlim metodları və üsullarını tədris porsesində tətbiq edəcəklərini bildirmişlər.
Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif ediləcək, 2023-cü ilin iyul ayında Böyük Britaniyaya baş tutacaq səfərdə və sentyabr ayında elan ediləcək İngiltərənin “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” - İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsinin sertifikatl ilə təltif ediləcəkləri “LEVEL 5 – TESOL (CELTA)” təlimində iştirak etmək imkanını əldə edəcəklər. Bir həftəlik səfər proqramı çərçivəsində TESOL təlimi, Bukingem Sarayı, London Eye, London Muzeyi, Kembric, Oksford kimi mərkəzlərə ekskursiyalar nəzərdə tutulur.
Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” Böyük Britaniyanın “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet, dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.
Comments
Send a Comment
Search
Recent News
3 ay əvvəl by Emil Abdurahmanov
3 ay əvvəl by Emil Abdurahmanov
3 ay əvvəl by Emil Abdurahmanov